Ağdam və Ağdərədə yanğın olan ərazidə sursatlara rast gəlinir - VİDEO
Ağdam və Ağdərə rayonlarının ərazisində gecədən başlayan yanğın davam edir.
Sizinxeber.az-nın Qarabağ bürosu hadisə yerindən xəbər verir ki, yanğın olan ərazilərdə partlamamış sursatlara rast gəlinir.
Ərazinin mina və partlamamış sursatlarla çirklənməsi yanğının söndürülməsi işlərini çətinləşdirir, həmçinin, yanğınsöndürənlər təhlükə riski ilə üzləşir.
Qeyd edək ki, dünən axşam saatlarında Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının söndürülməsi işləri gecə boyu davam edib.
Hazırda alovun qarşısının alınması istiqamətində əməliyyat davam edir.
Oxşar xəbərlər
Güclü yanğın Ağdam və Ağdərənin bir neçə kəndini əhatə edib - VİDEO - YENİLƏNİB 3
Ağdam və Ağdərə ərazilərində yanğınla mübarizə davam edir - VİDEO - YENİLƏNİB 5
Ağdam və Ağdərə ərazilərində baş vermiş yanğınla mübarizə davame dir - VİDEO - YENİLƏNİB 5
Güclü yanğın Ağdam və Ağdərənin bir neçə kəndini əhatə edib - VİDEO - YENİLƏNİB 4
FHN: Laçında yanğın olan ərazi tam nəzarətə götürülüb - FOTO - VİDEO - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
