Baş prokuror İmişlidə 7 aydır itkin düşən 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib
sizinxeber.az xəbər saytı

Baş prokuror İmişlidə 7 aydır itkin düşən 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib


Ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu ilə bağlı yenidən axtarış işləri həyata keçirilir.

Bu barədə Sizinxeber.az-nın Mil-Muğan bürosuna Rasim Xankişiyevin ailəsinin səlahiyyətli nümayəndəsi, hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.

Onun sözlərinə görə, 11 yaşlı Rasim Xankişiyevin suya düşməsi ehtimalı ilə bağlı Qarabağ kanalının əvvəllər axtarış edilməmiş qollarında xüsusi cihaz vasitəsilə axtarış aparılır: “Nəzərinizə çatdırım ki, 11 yaşlı Xankişiyev Rasim Vasif oğlunun 26 dekabr 2023-cü il tarixdə, Qaragüvəndikli kəndində müəmmalı şəraitdə itkin düşməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılmış cinayət işi üzrə icraatla bağlı Baş prokuror Kamran Əliyev məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atası Vasif Xankişiyevi 2-ci dəfə qəbul edib. Qeyd edim ki, hazırda iş üzrə axtarış və araşdırma prosesi davam edir. İcraat Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılır. Hazırda Rasimin suya düşməsi ehtimalı ilə bağlı Qarabağ kanalının əvvəllər axtarış edilməmiş qollarında xüsusi cihaz vasitəsilə yenidən axtarış işləri həyata keçirilir.
Eyni zamanda ərazidə xidmət aparan kameraların qeyd olunan tarixə təsadüf edən video görüntülərinin bərpası işi də həyata keçirilir. Bununla bağlı vəzifəli şəxslərin qəbulunda olmuşuq. Bütün əlaqədar qurumlar baş vermiş hadisə haqqında ətraflı məlumatlandırılıb”.

Hüquq müdafiəçisi onu da deyib ki, Baş prokuror Kamran Əliyevə İmişli Rayon Prokurorluğunda iş üzrə yol verilmiş ciddi xətalar haqqında əlavə məlumat verilib: “Hansı ki, bu xətalar iş üzrə həqiqətin vaxtında müəyyən edilməsinin qarşısını alıb. Baş prokuror verilən məlumatları qəbul edərək tədbir görüləcəyini qeyd etdi.
Digər məsələlər istintaq sirri olduğundan bu barədə məlumatın verilməsi məqsədəuyğun sayılmır. Hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, Rasimin axtarışı prosesi son 2 ayda intensiv şəkildə aparılır”.

Oxşar xəbərlər

İmişlidə 10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır - YENİLƏNİB-1 - VİDEO
Bir ay əvvəl itkin düşən şəxsin meyiti Kür çayında tapılıb
4 il əvvəl Ağdamda itkin düşən qadın atası və ögey anası tərəfindən öldürülüb
Şirvanda itkin düşən 14 yaşlı qız tapılıb
Sumqayıtda küçədə 69 yaşlı kişinin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər