Gəncədə tunelə dolan su çəkilib, avtomobillərin hərəkəti təmin edilib - FOTO - VİDEO - YENİLƏNİB-1
İntensiv yağan yağışlarla əlaqədar Gəncə şəhərinin Nizami küçəsində yerləşən tunelin subasmaya məruz qalması və avtomobillərin yolda hərəkəti üçün çətinlik yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumat əsasında əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.
***
11.14
Bakı-Gəncə magistralında körpünün altına sel suları yığılan əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
APA-nın yerli bürosunun məlumatına görə, FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilməsinə başlanıb.
***
10.35
Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər.
APA-nın yerli bürosunun məlumatına görə, alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.
Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.
***
08.51
Gəncədə sel ciddi fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə şəhərin çıxışında Gəncə-Bakı yolunun Nizami məqbərəsində körpünün altına sel sulları dolub.
Nəticədə magistal yol tam bağlanıb, sürücülər alternativ yolla hərəkət edirlər.
Qeyd edək ki, qərb bölgəsində yağışlı hava davam edir.
Oxşar xəbərlər
Gəncə və Göygöldə fərdi yaşayış evlərinin zirzəmiləri subasmaya məruz qalıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda liftdə qalmış 9 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 40 yanğına çıxış olub, 7 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












