Vəkillər Kollegiyası yeni hakim təyin olunan vəkilləri təltif edib
sizinxeber.az xəbər saytı

Vəkillər Kollegiyası yeni hakim təyin olunan vəkilləri təltif edib


“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində hakim vəzifəsinə yeni təyin edilən vəkillər təltif edilib.

"Sizinxeber.az" xəbər verir ki, tədbirdə çıxışı edən Kollegiyanın sədri Anar Bağırov Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm islahatlardan da bəhs edib.

O, bu sahədə Məhkəmə-Hüquq Şurasının və hakimlərin seçilməsi üzrə keçirilən şəffaf müsabiqələrin rolunu xüsusi qeyd edib, habelə gənc və yüksək ixtisaslı kadrların məhkəmə sistemində irəli çəkilməsininhüquqi dövlət quruculuğuna verdiyi töhfələri vurğulayıb.

Sədr Prezidentin 3 iyun 2025-ci il tarixli Sərəncamı ilə yeni təyin olunan hakimlər arasında 9 nəfərin Kollegiya üzvü olduğunu çox yüksək göstərici kimi qiymətləndirərək, bu rəqəmin vəkilliyin ölkənin məhkəmə sistemində də etibarlı kadr bankınaçevrildiyini ifadə edib.

VK-nın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirən sədr hakim təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarına töhfə verəcəyinə inandığını bildirib, onların hər zaman qanunun aliliyinə, etik davranış qaydalarına sadiq qalacağına əmin olduğunu söyləyib, bu şərəfli missiyada uğurlar arzulayıb.

Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanlarla təltif olunublar.

Oxşar xəbərlər

Azərbaycanda vəkillərin sayı açıqlanıb
Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif edib
Azərbaycanın bütün məhkəmələrini təmsil edən hakimlər toplanır: Səfa Mirzəyevin yerinə ÜZV SEÇİLƏCƏK
Hakimlərin qiymətlətləndirilmə komitəsinin yaradılması təsdiqlənib
Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər