Azərbaycanda vəkillərin sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda vəkillərin sayı açıqlanıb


Bu gün daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunacaq.

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib.

Sədr çıxışında bildirib ki, 2018-ci ildən indiyədək vəkilliyə qəbul üçün ümumilikdə 15 test imtahanı keçirilib: "Bu müddət ərzində 6480 namizəd imtahanlara qatılıb, onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb and içərək Kollegiyanın üzvü olub. Bugünkü tədbirdə isə daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunub. Beləliklə, ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2 min 777-ə yüksəlib. Yeni qəbul olunmuş namizədlərdən 59 nəfəri kişi, 18 nəfəri qadındır. Onlardan 7 nəfəri regionlarda, 70 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfərə yüksəlib".

Oxşar xəbərlər

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb
Anar Bağırov: Azərbaycanda vəkillərin ümumi sayı 2 609 nəfərdir
Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb
Sədr: Vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür
Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər