sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qubada sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.
Məlumata görə, iyulun 28-dən başlayaraq yağan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.
Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.
Həmin kəndlərin sakinlərinə körpü bərpa olunana qədər Xınalıq-Susay-Alpan yolundan istifadə etmək tövsiyə olunub.
Oxşar xəbərlər
Qubada sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - FOTO
Sel körpünü uçurub, Qubanın 6 kəndi ilə əlaqə tam kəsilib
NASA-nın Marsdakı helikopteri ilə əlaqəsi kəsilib
Bərpa edilən körpünü sel apardı: “günah” yağışdadır? - Video
Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, xəstəxanada elektrik kəsilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










