NASA-nın Marsdakı helikopteri ilə əlaqəsi kəsilib
sizinxeber.az xəbər saytı

NASA-nın Marsdakı helikopteri ilə əlaqəsi kəsilib


ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) yanvarın 18-də Marsa səfər edən “Ingenuity" pilotsuz helikopteri ilə əlaqəsi itib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə NASA-nın açıqlamasında bildirilir.

"Yanvarın 18-də NASA-nın “Ingenuity” Mars helikopteri qırmızı planetdə 72-ci uçuşunu həyata keçirib. Planlaşdırılan eniş zamanı helikopterlə əlaqə yerə enməzdən öncə, vaxtından əvvəl kəsilib", - NASA bildirib.

Qeyd edilir ki, uçuş əvvəlki proses nəticəsində planlaşdırılmamış enişdən sonra helikopterin sistemlərinin qısamüddətli yoxlanılması kimi planlaşdırılıb. Məlumata görə, pilotsuz qurğu 12 m hündürlüyə qalxa bilib. NASA hazırda mövcud məlumatları təhlil edir və “İngenuity” ilə əlaqəni bərpa etmək üçün mümkün addımları nəzərdən keçirir.

“Ingenuity” NASA-nın 2021-ci ilin fevralında “Perseverance” ilə birlikdə Marsa çatdırılan pilotsuz helikopteridir. Həmin ilin aprelində helikopter öz mühərrikindən istifadə edərək planetdə ilk uçuşunu edib.

Oxşar xəbərlər

NASA Marsın tədqiqini dayandırdı
NASA rəsmisi Bakıdakı sərgidən danışdı
NASA narahatdır: Aya enən "Peregrine" ilə bağlı problem yaranıb
Yaponiya “Fobos” missiyasının işə salınmasını 2026-cı ilə təxirə salıb
Türkiyənin yeni hücum pilotsuz təyyarəsi ANKA-3 ilk uçuşunu həyata keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər