sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qubada sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - FOTO
Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.
Məlumata görə, iyulun 28-dən başlayaraq yagan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.
Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.
Həmin kəndlərin sakinlərinə körpü bərpa olunana qədər Xınalıq-Susay-Alpan yolundan istifadə etmək tövsiyə edilib.
BAKU.WS
QALEREYA
Oxşar xəbərlər
Qubada sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Sel körpünü uçurub, Qubanın 6 kəndi ilə əlaqə tam kəsilib
Yüzlərlə rusiyalı Monqolustanla sərhəddə körpü uçması nəticəsində yolda qalıb
Azərbaycanda altı ayda 42 min abort qeydə alınıb
Oğuza güclü yağışdan sonra sel gəlib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












