Yüzlərlə rusiyalı Monqolustanla sərhəddə körpü uçması nəticəsində yolda qalıb
Körpünün uçması səbəbindən Monqolustanla sərhəddə yüzlərlə rusiyalı yaxın ərazidə yolda qalıb.
Sizinxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, A-333 avtomobil yolunda körpü uçub. Yerli Nəqliyyat Nazirliyindən verilən məlumata görə , leysan yağışlar nəticəsində körpü uçub. Körpü Baykal gölündən Monqolustanla sərhəd keçid məntəqəsinə qədər təxminən onlarla yaşayış məntəqəsini birləşdirirdi. Nəticədə, qonşu ölkəyə və Şumak dağ kurortuna səyahət edən yüzlərlə rus yolda qaldı.
Körpü yerli vaxtla saat 15:00 radələrində uçub. Səbəb kimi bir neçə gündür respublikaya yağan yağışlar göstərilir.
Nəqliyyat Nazirliyindən bildiriblər ki, ekspertlər keçid boyu nəqliyyatın hərəkətini bərpa etmək üçün körpüyə yaxınlaşmaları daşlı torpaqla doldurmağa hazırlaşırlar. Bu məqsədlə artıq çökmə yerinə xüsusi texnika göndərilib. Bərpa işlərinin nə qədər davam edəcəyi açıqlanmır.
Prokurorluq körpünün uçması ilə bağlı araşdırmaya başlayıb.
Oxşar xəbərlər
Bərpa edilən körpünü sel apardı: “günah” yağışdadır? - Video [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: “Qırmızı Körpü” gömrük postunda 998 avtomobil gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: “Qırmızı Körpü” gömrük postunda 687 avtomobil gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: “Qırmızı Körpü” gömrük postunda 278 avtomobil gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












