Sumqayıtda qayınatasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
sizinxeber.az xəbər saytı

Sumqayıtda qayınatasını öldürməkdə şübhəli bilinən şəxs tutulub


İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər

Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 1
Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Maştağada qadın qətlə yetirilib, ögey oğlu saxlanılıb
Sumqayıtda 23 yaşlı qadını qətlə yetirən qaynı saxlanılıb - YENİLƏNİB
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər