Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 1 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
iy
2025
11:30

Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 1

12 iy, 2025
11:30
740

Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 1

Sumqayıtda kişinin qaynatasını öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Sizinxeber.az"a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

05:07

Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, 1970-ci il təvəllüdlü Arif Bağıyevi küçədə bıçaqlanaraq qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nurullah Mərdanov saxlanılıb.

Qeyd edək ki, N.Mərdanov A.Bağıyevin qızının həyat yoldaşıdır. Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

04:30

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.

Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə qızının həyat yoldaşı – Nurulla Mərdanov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın