Göyçayda ev yanıb - FOTO - YENİLƏNİB
Bu gün 07:41 radələrində Göyçay rayonu ərazisində, evdə baş verən yanğın hadisəsi nəticəsində 1963-cü il təvəllüdlü (kişi cinsli) şəxs boynun, kürəyin II dərəcəli yanığı diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, zəruri tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.
***
12:58
Göyçay rayonunun Mollahacılı kəndində ev yanıb.
Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 8 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.
Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb - YENİLƏNİB
Siyəzəndə sel nəticəsində zərərçəkənlərin son vəziyyəti məlum olub
Bərdədə yol qəzasında yanıq xəsarəti alan 3 nəfər xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna xarici ölkələrdən kiberhücumlar olub
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
-
Tramp İranı hədələyib
-
Xəzərdə batan şəxs müstəntiq imiş
