Azərbaycanda bu ilin 6 ayı ərzində 17 min 49 cinayət qeydə alınıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda bu ilin 6 ayı ərzində 17 min 49 cinayət qeydə alınıb


Azərbaycanda bu ilin 6 ayı ərzində 17 min 49 cinayət qeydə alınıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 6 ayın yekunları ilə bağlı kollegiya iclasında bildirilib.

Deyilib ki, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2024-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9, odlu silahın tətbiqi ilə törədilənlər 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 19,8, qrup halında baş verənlər 18,8, məişət zəminində törədilənlər 5,5, qəsdən adam öldümələr 39,1, mülkiyyət əleyhinə olanlar 4,2, o cümlədən oğurluqlar 6,2, dələduzluqlar 7,3 faiz azalıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 92,8 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 232, görülmüş operativ cavab tədbirləri ilə 2 min 196 cinayət açılıb, 4344 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79,7 faizi tutulub, 3 min 378 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb.

Oxşar xəbərlər

DİN-də kollegiya iclası keçirilib, 6 ayın yekunları müzakirə olunub
Bu ilin I rübündə cinayətlərin dinamikasında 1 101 fakt azalma qeydə alınıb
Bu ilin ilk doqquz ayında qeydə alınmış cinayətlərin 90 faizə yaxını açılıb
Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 19 faizə yaxın azalıb
DİN: Ötən 6 ayda 17049 cinayət qeydə alınıb, 103 kriminal qrup zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər