Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib, vəziyyəti ağırdır - YENİLƏNİB-3
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib, vəziyyəti ağır qiymətləndirilir.
"Sizinxeber.az"un Qarabağ bürosuna bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahı Hafiz Əliyev məlumat verib.
Ağdərədə minaya düşən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata əsasən, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq.
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
"Sizinxeber.az"un Qarabağ bürosunun xəbərinə görə, Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otararkən minaya düşüb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Ötən gün Cəbrayılda minaya düşən şəxsin sol ayağı amputasiya edilib
Ötən gün Ağdamda minaya düşən polisin son vəziyyəti açıqlanıb
Cəbrayılda minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya olunub
Minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
