Şəmkirdə minik maşını aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB
08.07.2025-ci il tarixində saat 02:50 radələrində 4 nəfər ( kişi cinsli) yol-nəqliyyat hadisəsi nəticəsində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
1 nəfər şəxsin isə vəziyyəti ağır olduğu üçün göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 09.07.2025-ci il tarixində saat 03:50-də ölüm faktı qeydə alınıb.
***
08:21
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü A. Atakişizadə idarə etdiyi "KIA" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib və nəticədə avtomobil aşıb.
Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü O.Atakişiyev, 1993-cü il təvəllüdlü C.İbadullayev və 1968-ci il təvəllüdlü İ.Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Xəstəxanaya yerləşdirilən yaralılardan biri, 1968-ci il təvəllüdlü İ.Atakişiyev aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə minik maşınının aşması nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verib
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verilib
Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Yevlaxda qəzada xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
-
İsrail ordusu Əbu Şakanı öldürdü
