Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə “Report”a FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, üç nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalanda mənzildə partlayış olub, yaralılar var
Xırdalanda yaşayış binasında partlayış olub, yaralılar var - VİDEO
Xırdalanda yaşayış binasında partlayış olub, yaralılar var - VİDEO - FOTO
Bakıda çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib - FOTO - VİDEO
Bakıda evdə partlayış olub, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













