Dənizdə batma təhlükəsində olan qız xilas edilib - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
iy
2025
12:50

Dənizdə batma təhlükəsində olan qız xilas edilib - VİDEO

05 iy, 2025
12:50
455

Dənizdə batma təhlükəsində olan qız xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ağazadə Şəbnəm Əhməd qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, öncə ərazidə olan polis əməkdaşı qadını xilas etmək məqsədilə özünü dənizə atıb.

Bizimlə əlaqə saxlayın