sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
FHN dənizdə batma təhlükəsində olan 25 yaşlı qızı xilas edib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
FHN0in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ağazadə Şəbnəm Əhməd qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO
Bakı bulvarında dənizdə batma təhlükəsi olan qadın xilas edilib - VİDEO
Bulvar ərazisində batma təhlükəsi olan yeniyetmə xilas olunub - VİDEO
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
