Şəmkirdə 3 uşaq çayda batıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəmkirdə 3 uşaq çayda batıb - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub.

FHN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

18.04

Şəmkir rayonunda 3 nəfər göldə batıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkirçayın Təzəkənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Qədimqala kənd sakinləri -c 2018-ci il təvəllüdlü R.Nadirli, 2021-ci il təvəllüdlü N.İsmayıl və 2016-cı il təvəllüdlü F. Nadirlinin göldə batdığı ehtimal olunur.

Əraziyə FHN əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Samuxda süni sututarda 1 nəfər batıb - YENİLƏNİB
Şəmkirdə Kürdə batan 17 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB
Samur-Abşeron kanalında uşaq batıb
Samur Abşeron kanalında uşaq batıb
Neftçala sakini Kürdə batıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər