FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb
sizinxeber.az xəbər saytı

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 869 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 6-sı azyaşlı olmaqla 46 nəfər xilas edilib, 7 nəfər xəsarət alıb, 27 nəfər təxliyə olunub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

FHN: Ötən həftə 654 yanğına çıxış olub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib
FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
FHN: Ötən həftə 181 yanğına çıxış olub, 9 nəfərin meyiti aşkarlanıb
FHN: Ötən həftə 353 yanğına çıxış olub, 26 nəfər xilas edilib
Ötən həftə 145 yanğına çıxış olub, 4 nəfərin meyiti aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər