FHN: Ötən həftə 654 yanğına çıxış olub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
in
2025
10:00

FHN: Ötən həftə 654 yanğına çıxış olub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

02 in, 2025
10:00
730

FHN: Ötən həftə 654 yanğına çıxış olub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

Ötən həftə 654 yanğına çıxış olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 654 yanğına çıxış, 42 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 7-si azyaşlı olmaqla 43 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın