Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib, daha bir nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib, daha bir nəfər saxlanılıb


İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə "saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

T.Məmməda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər saxlanılıb.

Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür.

Oxşar xəbərlər

Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib, daha iki nəfər saxlanılıb
Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstərib, polis atəş açıb
Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər