Masallıda kişi of tügəngilə qayınanası öldürüb, qohumlarına xəsarət yetirib
İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.
A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.
Oxşar xəbərlər
Masallıda kişi qayınanasını, həyat yoldaşını və baldızını güllələyib
Yevlaxda kişi arvadını küt alətlə xəsarət yetirməkdə şübhəli bilinir
Sumqayıtda özündən 12 yaş böyük ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub - YENİLƏNİB
Yevlaxda kişi arvadına küt alətlə xəsarət yetirməkdə şübhəli bilinir
Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb, daha bir nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













