Naxçıvanda Dövlət Xidmətinin sabiq rəisinə hökm oxunub
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.
Məhkəmə baxışı zamanı Mirzə Cəlilovun özü-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.
Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili Vüsal Həsənov çıxış edərək həmin dövrdə olan vəziyyətlərin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, AR Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.
Mirzə Cəlilov məhkəmədə son söz deyib. O, sadəcə verilən tapşırıqları icra etdiyini, buna görə də özünü qismən günahkar hesab etdiyini və ona şərti cəzanın verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə qərar vermək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Mirzə Cəlilov 10 il müddətinə azadlıqdan məhrum olunub.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, DTX tərəfindən həbs edilən Mirzə Cəlilov AR Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir.
Oxşar xəbərlər
Rüşvətə görə həbs edilən hərbi komissar 8,5 il azadlıqdan məhrum olunub
Azərbaycan Ordusunun rüşvətdə ittiham olunan xidmət rəisinin məhkəməsi başlayıb
Səfərbərlik Xidmətinin İmişli bölməsinin rəisi rüşvət almaqda təqsirləndirilərək həbs edilib - RƏSMİ - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
