Azərbaycan Ordusunun rüşvətdə ittiham olunan xidmət rəisinin məhkəməsi başlayıb
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Quliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Report" xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, 1984-cü ildə Naxçıvanda anadan olan Şahin Quliyev həbs olunana qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin rəisi vəzifəsində, mayor rütbəsində işləyib.
Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib.
Təqsirləndirilən şəxs və onun vəkili işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.
Məhkəmə baxışı iyulun 1-nə təyin olunub.
DTX tərəfindən həbs edilmiş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu bir qrup şəxslə əlbir olmaqla külli miqdarda rüşvət almaqda ittiham edilir.
DTX-nin İstintaq baş idarəsində başlanan cinayət işi üzrə Şahin Quliyevə AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, bir müddət əvvəl TTM-in Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə də xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə məhkum edilib. Sabiq xidmət rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Həbsdə olan MN-in vəzifəli şəxsi 700 min manata yaxın dəymiş ziyanla bağlı pul ödəyib
Məhkəmə 9 milyonluq mənimsəmədə təqsirləndirilən MN-nin sabiq vəzifəli şəxsi barədə qərar verib
MN-dəki mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin məhkəməsi başlayıb
MN-in Təlim və Tədris Mərkəzinin sabiq xidmət rəisinə 10,5 il həbs cəzası verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













