İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub
sizinxeber.az xəbər saytı

İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub


İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub.

Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, “Kamaz” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Bəyalıyev Qocaman Elqirax oğluna xəsarət alıb, 20-dən çox qoyun tələf olub.

Çoban ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Goranboyda dərmandan zəhərlənmə nəticəsində 64 baş qoyun tələf olub
Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
İsmayıllıda ağır qəza baş verib, ölənlər var
Samuxda Kəlbəcər sakininə məxsus çox sayda qoyun oğurlanıb 
Cəlilabadda evlərdən qoyun oğurlayan şəxslər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər