Türkanda maşınla piyadanın üstündən keçərək qaçan sürücü saxlanılıb
Avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
Sizinxeber.az xəbər verir ki, iyunun 11-də axşam saatlarında paytaxtın Xəzər rayonu Türkan qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yol kənarında hərəkətdə olan piyada 1974-cü il təvəllüdlü Famil İsmayılovu vurub.
Daha sonra sürücü hadisə yerindən yayınıb. F.İsmayılov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində piyadanı vuran “Vaz 2107” markalı avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Vüqar Nadirov saxlanılaraq istintaqa təqdim edilib.
Yol nəqliyyat hadisəsi ilə bağlı Polis İdarəsində Cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Astarada piyadanı vurub qaçan sürücü saxlanılıb
Bakıda maşın piyadanın üstündən keçərək öldürüb
Bakıda yük avtomobilinin vurduğu piyada hadisə yerində ölüb
Sərxoş sürücü piyadanı avtomobillə vuraraq öldürüb
Şüvəlanda taksi sürücüsünü döyüb avtomobilini qaçıran şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











