Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən Elgün Ocaqverdiyevə hökm oxunub.
"Sizinxeber.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Ocaqverdiyev saxlanılaraq həmin polis şöbəsinə gətirilib. Orada üzərinə şəxsi axtarış keçirilən zaman F-1 tipli ǝl qumbarasının aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 180.1 (soyğunçuluq), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prokuror Təranə Səmədovaya 7 il 6 ay həbs istədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda hədə-qorxu ilə vətəndaşların pulunu alanlar SAXLANILDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hədə ilə pul alıb, məhkumlara göndəriblərmiş... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən qadına hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












