Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən qadına hökm oxunub
Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən Səadət Məmmədovaya hökm oxunub.
"Sizinxeber.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, o, yeddi il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, S. Məmmədova pulların saxta olmasından məlumatı olmayan tanışları ilə Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən xarici valyutanı satış məqsədilə əldə edib və Azərbaycana gətirib.
İş üzrə dörd nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Səadət Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 204.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Nicata hökm oxundu: 5 il, məntəqə tipli
İrandan instaqram vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə hökm oxunub
Sabiq deputat Dünyamin Xəlilova yeni hökm oxunub - YENİLƏNİB
“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













