Naxçıvanda hədə-qorxu ilə vətəndaşların pulunu alanlar SAXLANILDI
Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.
Redaktor.az xəbər verir ki, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri,Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb. Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in CAİ-nin əməkdaşları tərəfindən tutulub.
Həmin şəxslər istinataqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.
Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-nın Daxili İşlər Nazrliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır.
Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Hədə ilə pul alıb, məhkumlara göndəriblərmiş...
Prokuror Təranə Səmədovaya 7 il 6 ay həbs istədi
İllər öncə quldurluq edən şəxslər saxlanıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycan Premyer Liqası: "Sabah" və "Qarabağ" cari mövsümdə sonuncu oyunlarını keçirəcəklər
