Naxçıvanda avtomobil yolu keçən qadını vurub  - FOTO
sizinxeber.az xəbər saytı

Naxçıvanda avtomobil yolu keçən qadını vurub - FOTO


Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Əliabada qəsəbəsində baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Rəhimov Telman Bəhruz oğlunun idarə etdiyi 10-VH-371 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Əfsanə Qulu qızını vurub.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Sürücü T.Rəhimovun isə hadisə zamanı halı pisləşib. Ürək xəstəsi olan sürücü xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Naxçıvanda avtomobil ana və azyaşlı qızını vurub
Naxçıvanda piyadanı avtomobillə vuran sürücünün özü də xəstəxanalıq olub
Naxçıvanda yol qəzasında piyada xəsarət alıb
Bakıda avtomobil ana və 3 yaşlı oğlunu vurub, azyaşlı ölüb
Xaçmazda “Mercedes” mopedi vurub, sürücü ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər