Yevlax sakinindən altı kiloqram marixuana aşkar olunub
sizinxeber.az xəbər saytı

Yevlax sakinindən altı kiloqram marixuana aşkar olunub


Yevlax sakinin evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olan rayon sakini Rüstəm Abışzadə saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.

Keçirilən digər tədbirlə güclü təsiredici xassəyə malik narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da saxlanılıb. H.Məmmədov ondan aşkarlanan heroini pul müqabilində Teymur adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb. Ondan da külli miqdarda heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Yevlaxda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısı alınıb, saxlanılanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam sakini narkotik bitkinin kultivasiyasına görə saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər