Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb


Göyçayda polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xİdmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, tədbirlərlə Aydın Zeynalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 24 ədəd çətənə bitkisi və marixuana aşkar olunub.

Keçirilən digər tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 53 yaşlı Mirkazım Hüseynov saxlanılıb. Ona məxsus həyətyanı sahədən çətənə kolları aşkarlanıb.

Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir neçə ay əvvəl əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Faktla bağlı cinayət işiləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda narkotikin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam sakini narkotik bitkinin kultivasiyasına görə saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şirvanda saxlanılan narkokuryerdən 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər