Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək


Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır.

Sizinxeber.Az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.

"Biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək", - o bildirib.

C.Meloni qarşılıqlı sərmayə yatırımlarından da bəhs edib:

"Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var".

Oxşar xəbərlər

Bakıda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi planlaşdırılır
Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə görüşü başlayıb
Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər