Panama Prezidenti: ABŞ-nin kanala nəzarətin bərpası ilə bağlı iddiaları əsassızdır
Panama Prezidenti Xose Raul Mulino ABŞ Prezidenti Donald Trampın Panama kanalı ətrafındakı vəziyyətlə bağlı fikirlərini təkzib edib.
“Sizinxeber.az” xəbər verir ki, Mulino kanal ətrafında yaranmış vəziyyətlə bağlı fikirlərini sosial şəbəkədə yazıb.
“Prezident Tramp yenə yalan danışır. Panama kanalına nəzarəti bərpa etməkdən söhbət getmir və bu, ABŞ Dövlət katibi Marko Rubio və ya bir başqası ilə hansısa danışıqlarda müzakirə olunmayıb”, - o deyib.
Mulino qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlər üzrə razılaşmalar əsasında inkişaf edir və bunun nə kanalın ABŞ-a qaytarılması, nə də Panamanın milli suverenliyinə zərbə vurmaqla heç bir əlaqəsi yoxdur.
“Kanal Panamaya məxsusdur və Panamanınkı da olaraq qalacaq!”, - prezident əminliklə bildirib.
Xatırladaq ki, daha əvvəl Tramp Konqresdəki çıxışı zamanı ABŞ-nin Panama kanalına nəzarəti bərpa etmək üçün addımlar atmağa başladığını bildirmişdi.
Oxşar xəbərlər
Panama Trampın bəyanatları ilə bağlı BMT-yə şikayət verib
Panama Prezidenti Trampın su kanalı ilə bağlı iddialarını rədd edib
Prezident Mulino: Panama kanalı Panamanın nəzarəti altında qalacaq
Meksika Panama kanalı ilə bağlı mübahisədə Panamanı dəstəkləyib
Mulino Dövlət Departamentini Panama kanalı administrasiyasının qərarları haqqında yalan danışmaqda ittiham edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
