QMİ sədri: Azərbaycandakı dini münasibətlər digər müsəlman ölkələrinə nümunə göstərilir
Dünyanın bəzi bölgələrində müsəlmanlar arasında iğtişaşlar baş verir.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycanda dinlər və məzhəblər arasında hər hansı münaqişə yoxdur:
"Dünya Müsəlman Ağsaqqallar Şurasının keçirdiyi konfransda İslamdaxili münasibətlərin düzgün qurulması ilə bağlı qərar qəbul edilib. Qərarda göstərilib ki, Azərbaycanın bu sahədəki təcrübəsi nümunə götürülməlidir.
O konfransda qəbul olunan bəyənnaməni bu yaxınlarda dərc edəcəyik. Müsəlman Ağsaqqallar Şurasının konfransı gələn il Azərbaycanda keçiriləcək. Dövlət başçısının apardığı siyasət sayəsində Azərbaycanda dinlərarası ədavət yoxdur".
Oxşar xəbərlər
QMİ sədri: Azərbaycanda dinlərarası iğtişaş yoxdur
QMİ sədri: TDT-nin Müsəlman dini liderlərinin vəzifəsi mənəvi birliyimizin qorunmasıdır
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
Allahşükür Paşazadə sabah Rusiyaya gedir
Allahşükür Paşazadə Misirdəki dini müzakirələrə dəvət olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













