

Dövlət Komitəsində ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi ilə görüş keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 27-də ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi Bob Robertslə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, komitə sədri ölkəmizdə həyata keçirilən dövlət-din siyasətinin əsas məqsədinin cəmiyyətdə milli və dini həmrəyliyin qorunub saxlanılması, radikal meyillərin qarşısının alınması və vəhdətin möhkəmləndirilməsi olduğunu bildirib.
Qeyd edib ki, cəmiyyətdə demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün dini konfessiyaların mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına böyük diqqət və qayğıyla yanaşır.
ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi Bob Roberts ölkəmizdəki mövcud dini harmoniya və tolerantlıq mühiti ilə bağlı təəssüratlarını bölüşüb. Vurğulayıb ki, fərqli din nümayəndələrinin dinc və qarşılıqlı anlaşma içində yaşadığı azsaylı ölkələrdən olan Azərbaycanda dinlərarası münasibətlərə verilən dəyər və göstərilən dövlət dəstəyi təqdirəlayiqdir.
Görüşdə əməkdaşlıq imkanları müzakirə edilərək, dinlərarası dialoqun inkişafı və etimadın gücləndirilməsi sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Dini Komitənin sədri ABŞ nümayəndə heyətini Azərbaycandakı dialoq mühiti barədə məlumatlandırıb
Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
ICESCO-nun baş direktoru: Azərbaycanın dinlərarası münasibətlərə töhfə verən təşəbbüsləri yüksək dəyərləndirilir
Ramin Məmmədov Vyetnamın etnik azlıqlar və dini işlər nazirini Azərbaycana dəvət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
