Komitə sədri Yəhudi İcmaları Federasiyasının prezidenti ilə görüşüb
sizinxeber.az xəbər saytı

Komitə sədri Yəhudi İcmaları Federasiyasının prezidenti ilə görüşüb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyaya səfər çərçivəsində martın 4-də Yəhudi İcmaları Federasiyasının prezidenti Silviu Veksler ilə görüşüb.

"Report" xəbər verir ki, Federasiyanın prezidenti Silviu Veksler Rumıniyada yəhudi icmasının tarixi, mədəniyyəti barədə məlumat verib. Bu gün Azərbaycanda yəhudi icmalarının ictimai həyatda fəal iştirak etmələrini, antisemitizmdən uzaq və tolerant mühitdə yaşamalarını müsbət hal kimi dəyərləndirən S.Veksler ölkəmizin nümunəsində dini tolerantlıq və birgəyaşayışın unikal modelinin təşviqinin zəruriliyinə toxunub.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında danışıb. Ölkəmizdə digər dini konfessiya nümayəndələri kimi yəhudi icmasının da öz adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaları üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Hazırda ölkəmizdə yəhudilərə aid 8 dini icmanın qeydiyyata alındığını, 7 sinaqoqun fəaliyyət göstərdiyini, yəhudi məktəbləri və bağçalarının olduğunu qeyd edib.

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun da iştirak etdiyi görüşdən sonra nümayəndə heyətinin üzvləri Buxarestdə yəhudilərə məxsus sinaqoqu ziyarət ediblər.

Oxşar xəbərlər

Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
ICESCO-nun baş direktoru: Azərbaycanın dinlərarası münasibətlərə töhfə verən təşəbbüsləri yüksək dəyərləndirilir
Zamir İsayev: Azərbaycan multikulturalizm və milli azlıqlara münasibətinə görə Avropaya ən yaxşı örnəkdir
Komitə sədri: Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişə baş verməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər