Gəncədə Milad bayramı qeyd edilib - FOTO
Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, Pravoslav təqviminə əsasən İsa peyğəmbərin doğulduğu gün - 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub.
Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub. Pravoslavlar qeyd ediblər ki, illərdir Gəncədə bu bayramı keçirirlər və heç vaxt problemlə üzləşməyiblər.
Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib. Gəncə şəhərində təxminən 200-dən artıq pravoslav ailə yaşayır.
Oxşar xəbərlər
Gəncədə Milad bayramı qeyd edilib
Azərbaycanda yaşayan pravoslavlar Milad bayramını qeyd edirlər - FOTO
Gəncədə pravoslav xristianlar tərəfindən Milad bayramı qeyd olunub
Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












