Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar dini təhsil, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru və Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Oxşar xəbərlər
Dini Komitənin sədri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaş qəbulu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













