Türkiyədə bıçaqlanan azərbaycanlı federasiya prezidenti: "Həyatım üçün hələ də ciddi təhlükə var"
sizinxeber.az xəbər saytı

Türkiyədə bıçaqlanan azərbaycanlı federasiya prezidenti: "Həyatım üçün hələ də ciddi təhlükə var"


Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində müalicə aldığı xəstəxanadan yaxın günlərdə evə buraxılacaq.

Oxu.Az xəbər verir ki, Araz Musayev bu barədə şəxsi sosial media hesabından paylaşım edib.

O bildirib ki, Antalyada keçirilmiş dünya çempionatı vaxtı Rusiyadan sifarişlə gətirilmiş şəxslər ona arxadan hücum ediblər, başına bir, qarın nahiyəsinə üç bıçaq zərbəsi vurublar.

A.Musayevin sözlərinə görə, həyatına hələ də ciddi təhlükə var və belə bir vəziyyətdə Azərbaycana qayıdacaq:

"Azərbaycanda qanunlar sərt olduğundan edə bilmədilər, gəlib bunu qardaş ölkədə törətdilər. Hazırda Türkiyədə müalicə aldığım xəstəxananın palatasının qapısında 15-20 polis əməkdaşı dayanıb. Mənə sui-qəsddə şübhəli bilinən 7 nəfər tutulub. Mənim heç kimlə düşmənçiliyim, nifaqım yoxdur. İnanıram ki, bu hadisənin sifarişçisi də öz cəzasını alacaq".

Qeyd edək ki, Araz Musayev mayın 28-də Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanıb.

Oxşar xəbərlər

Türkiyədə bıçaqlanan federasiya prezidenti Araz Musayevin son durumu bəlli oldu
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle