Xankəndi, Xocalı, Ağdərədə rəqəmsal TV və radio yayımı olacaq
Ötən gün Audiovizual Şuranın növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şura məlumat yayıb.
Bildirilib ki, iclas tikilməkdə olan “Xankəndi” radio-televiziya yayım stansiyasından (RTYS) televiziya və radio yayımının təşkili məsələlərinə həsr olunub.
Bildirilib ki, hazırda Qarabağda televiziya və radio yayımı “Şuşa”, “Şahyeri”, “Turşsu”, “Həsənriz kənd” və bir sıra başqa RTYS-lərdən yayımın həyata keçirilməsi hesabına aparılır.
“Xankəndi” RTYS istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək, o cümlədən Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir standartlı rəqəmsal yerüstü televiziya və radio yayımı ilə, habelə analoq FM radio yayımı ilə əhatə olunacaq.
İclasda işğaldan azad edilən ərazilərdə müasir teleradio yayım şəbəkəsinin qurulması istiqamətində infrastruktur operatoru olan “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İB-nin, habelə həmin bölgələrdə istifadəyə yararlı, boş radiotezliklərin müəyyən olunub istismara verilməsi sahəsində Dövlət Radiotezliklər İdarəsinin gördüyü işlər qeyd edilib və təqdir olunub.
Müzakirələrdən sonra Dövlət Radiotezliklər İdarəsindən alınan məlumatlar və infrastruktur operatorunun ehtiyacları nəzərə alınaraq tikilməkdə olan “Xankəndi” RTYS-dən istismara verildikdən sonra DVB-T2 standartlı rəqəmsal yerüstü televiziya yayımının, DAB+ standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirilməsi üçün müvafiq radiotezliklərin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İB-nin istifadəsinə ayrılması haqqında qərarlar qəbul olunub.
Həmçinin, istismara veriləndən sonra ümumölkə radio yayımçılarının proqramlarının “Xankəndi” RTYS-dən analoq FM yayımının təmin edilməsi üçün müvafiq radiotezliklərin ümumölkə və həmin bölgədə fəaliyyət göstərən regional yerüstü radio yayımçıların istifadəsinə ayrılması ilə bağlı da qərar qəbul edilib.
Oxşar xəbərlər
Xankəndi, Xocalı və Ağdərədə teleradio yayımının təşkili müzakirə olunub
Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib, "Naxçıvan TV"yə peyk yayımı lisenziyası verilib
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
