Vətəndaşlar maaşlarını özləri seçdikləri istənilən bankdan ala biləcəklər - YENİLİK
"Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə oldu".
Sizinxəbər.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
O qeyd edib ki, 30-dan çox sual ətrafında konstrurktiv müzakirələr aparılıb:
"Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşları və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.
Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir", - deyə Ə.Həsənov bildirib.
Oxşar xəbərlər
Azərbaycanda bank işçiləri vətəndaşlara niyə tez-tez zəng edirlər?
Taleh Kazımov: "İslam bankçılığı ilə bağlı bir bank müraciət edib"
“Cashback” haqqında yanlış düşüncələr – İqtisadçı yazır
Dolları olanlar üçün VACİB AÇIQLAMA:
AMB: Azərbaycanda agent bankçılığı modelinin tətbiqinə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












