“Mən heç vaxt kasıb insan olmamışam” - Elmar Məmmədyarov
sizinxeber.az xəbər saytı

“Mən heç vaxt kasıb insan olmamışam” - Elmar Məmmədyarov


Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov bu vəzifədə olarkən nə qədər maaş alması ilə bağlı suala cavab verib.

“Qafqazinfo” xəbər verir ki, o, İTV-də yayımlanan müsahibəsində heç vaxt kasıb insan olmadığını bildirib:

“Hesab edirəm ki, bu sualın verilməsi heç də etik deyil. Maaşa əlavələr də olurdu. Mənim səfir diplmatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqına olan əlavələri və təchizat xərclərini də nəzərə alsaq, kifayət qədər münasib bir məbləğ alınırdı. Mən həyatım boyu heç vaxt kasıb insan olmamışam. 

Əvvəla, atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım. 13 ilə yaxın ABŞ-də yaşamışam və hər zaman yüksək əməkhaqqım olub. Ümumiyyətlə, deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Belə cavab sizi qane edirmi?”

Oxşar xəbərlər

Maaşım ay sonuna çatmır: bəs kasıblar… - Deputat
Ceyhun Bayramov: “Azərbaycandakı diplomatik nümayəndəliklərlə bağlı heç vaxt insident olmayıb”
Aygün Bəylərə “Xalq artisti” adı niyə verilməyib? - Əbülfəs Qarayev AÇIQLADI
2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu
"Alimlərə elə maaş vermək lazımdır ki, evi özləri ala bilsinlər" - Nazir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle