Azərbaycanda qohum evliliyi qadağan edilə bilər
Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur.
"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bura xala uşaqları, əmi uşaqları və s. daxildir: "Çoxluq qohum evliliyinin qadağan olunmasının tərəfdarıdır. Xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu genefondumuza və gələcəyimizə təsir edəcək. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir".
Oxşar xəbərlər
Elnarə Cavadova: "Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür"
Milli Məclisin iclası başlayıb, gündəlikdə 21 məsələ var
Şöbə rəisi: “Sentyabrın 15-də şəxsən mən ictimai nəqliyyatdan istifadə edəcəyəm, sizə də tövsiyə edirəm”
Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var
Bu ölkə "TikTok"u qadağan edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












