Qanunsuz satılan torpaq sahələri bələdiyyələrə QAYTARILIB
“Ötən il inzibati nəzarət orqanına hüquqi ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının sayı ilk dəfə olaraq 100 mini keçib, 96.363 (96%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikası ədliyyə nazirinin müavini II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
V.Zahirovun sözlərinə görə, ümumilikdə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3800-dən çox aktla bağlı bələdiyyələrə təkliflər verilib, 2405-i ləğv olunub, 1098-i dəyişdirilib, təmin olunmayan 37 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb:
“Verilmiş təklif və ya məhkəmə iddiaları əsasında 14 min hektardan çox torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib ki, bu da 2022-ci illə müqayisədə 1195 ha çoxdur. Bələdiyyə fəaliyyəti ilə bağlı baxılmış 4487 müraciətdən 455-i, o cümlədən xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının 369 müraciətindən isə 189-u, başqa sözlə yarıdan çoxu təmin edilib. 2023-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 63 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxslər cərimələndi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda dövlətə aid torpaqlar bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Separatçılar bütün təkliflərimizi rədd edir - Bakı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə bələdiyyə sədri barədə cinayət işi başlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












