Dostlarından halallıq istəyən 19 yaşlı şəhid Zöhrab Kərimov
sizinxeber.az xəbər saytı

Dostlarından halallıq istəyən 19 yaşlı şəhid Zöhrab Kərimov


Baku TV 2022-ci ilin sentyabr döyüşlərində düşmən təxribatına cavab verərkən şəhid olan Zöhrab Kərimovun ailəsini ziyarət edib.

Şəhidin anası Pərvanə Kərimova övladının vətənpərvərliyindən danışıb:

“Həmişə bayrağı olub. Özü ilə gəzdirirdi. Hərbiyə qəbul olunanda sevincinin həddi-hüdudu yox idi”.

Atası Azad Kərimov isə oğlunun komandirinin onun haqqında dediklərindən bəhs edib:

“O vaxta kimi çarpayısının üstünə adını yazmayıbmış. Adını yazıb, çıxanda deyib ki, yerimə bayraq sərərsiniz ”.

Zöhrab şəhid olmamışdan bir müddət əvvəl dostlarından halallıq istəyib. Məzar daşına isə “Kişi kimi yaşadım, kişi kimi də öləcəyəm” yazılmasını istəyib.

“Səs yazısından bir ay ötdü, müharibənin qızğın vaxtı idi. Xəbər gəldi ki, Zöhrab şəhid olub”, - deyə dostu Cəbrayıl Xosuzadə söyləyib.

Ətraflı videonu təqdim edirik:

Oxşar xəbərlər

Şəhid Asiman İmamverdiyevin anası: “Oğlum dedi ki, nə olursa-olsun hərbçi olacağam” - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid atası vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı şəhidin erməni anası [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhidin nişanlısından duyğulu sözlər: Hələ də onunla danışıram - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçularımızın SİYAHISI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər