Şəhidin nişanlısından duyğulu sözlər: Hələ də onunla danışıram - VİDEO
sizinxeber.az xəbər saytı

Şəhidin nişanlısından duyğulu sözlər: Hələ də onunla danışıram - VİDEO


“Nə olsun ki, toyumuz olmayıb. Bizim nikahımız var axı. Onsuz da 21 gün sonra Turan əlində güllə gəlib məni bu evə gətirəcəkdi”.

sx.buludhost.com xəbər verir ki, bunu Sentyabr döyüşlərində şəhid olan Turan Məhrrəmovun nişanlısı Sayıb Məhərrəmova deyib.

Turan şəhid olandan bəri onun evində yaşayan Sayıb deyir ki, onların sevgisi məktəbdən başlayıb: “Mənə sevdiyini deyəndə 5-ci sinifdə oxuyurdum. Sevilməyi Turanla öyrəndim, onunla böyüdüm. Əsgərliyə gedəndə məni qucaqladı, göz yaşlarını saxlaya bilmədi. Dedim üzülmə, mən sənin yolunu gözləyəcəyəm”.

Şəhidin nişanlısı Turansız keçən çətin günlərdən danışıb: “Bir ildir, bu evdə qalıram. Özümə təsəlli verirəm ki, guya toyumuz olub. Məni burada qoyub, özü də nə vaxtsa məzuniyyətə gələcək”.

Oxşar xəbərlər

“Ramil yuxuda dedi ki, iti gətir, onunla sağollaşmalıyam” - Video
Şəhid Səbuhi Əhmədovun qardaşı: “Canımın parçasını itirdim” - FOTO
Şəhid Asiman İmamverdiyevin anası: “Oğlum dedi ki, nə olursa-olsun hərbçi olacağam” - VİDEO
Dostlarından halallıq istəyən 19 yaşlı şəhid Zöhrab Kərimov
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle