![Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb](/uploads/posts/2023-09/1695036597_dsc_0829.jpg)
![](/templates/ulviamon/images/logo.webp)
Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb
Naftalanda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarışı İdarəsinin və Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E.Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Mənzil sahibinin ad günündə E.Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A.Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A.Vəliyev H.Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.
Şübhəli şəxslərdən E.Əhmədli, H.Məmişov, R.Məmmədzadə maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər, hazırda A.Vəliyevin saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb
Neftçalada şəhid ailəsinin evindən soyğunçuluq edən şəxs saxlanılıb - VİDEO
General oğlunun və sabiq baş infeksionistin evindən oğurluq edən “alpinistlər”dən xəbər var
Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
-
İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
-
"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
-
Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq
-
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
-
Baş nazir: Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək
![Resim Yükle](https://i.hizliresim.com/gisurbu.jpg)