“TikTok”da məşhurlaşan Adəm Mirzəyevin atası CƏZALANDIRILDI - VİDEO
“TikTok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
O bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır:
“Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin “TikTok” sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb.
Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”.
Qeyd edək ki, 9 yaşlı Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Xatırladaq ki, daha əvvəl Adəm Mirzəyevin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.
Oxşar xəbərlər
“TikTok”da canlı yayım açaraq qayda pozuntusu edən sürücülərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Afiyəddin Cəlilovun oğlu Baku TV-yə danışdı: “Oğluma görə hər kəsdən üzr istəyirəm” - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə “TikTok” və “X” sosial şəbəkələrində ədəbsiz canlı yayım edənlər saxlanıldılar [xfgiven_updateblue][/xfgiven_updateblue]
“TikTok” fenomeni Ləman saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sağlamlıq imkanları məhdud olan İlfanın nənəsi “TikTok”da onun adından pul yığır? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












